Kürdəmirdə yol qəzasında xəsarət alan sərnişin Bakıya gətirilib

Kürdəmirdə yol qəzasında xəsarət alan sərnişin Bakıya gətirilib Kürdəmir rayonunda baş verən yol qəzasında xəsarət alan piyada Bakıya gətirilib.
Hadisə
3 Yanvar , 2022 05:38
Kürdəmirdə yol qəzasında xəsarət alan sərnişin Bakıya gətirilib

Kürdəmir rayonunda baş verən yol qəzasında xəsarət alan sərnişin Bakıya gətirilib.

"Report"un məlumatına görə, hadisə Karrar kəndində qeydə alınıb. Belə ki, “Ford” markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə çırpılaraq aşıb. Qəza zamanı sərnişin, 1976-cı il təvəllüdlü Qüdrət İmanov ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi, sağ baldır sümüklərinin və sağtərəfli qasıq sümüklərinin yerdəyişən sınıqları diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi