Kürdəmirdə yolu keçən 67 yaşlı kişini avtomobil vurub

Kürdəmirdə yolu keçən 67 yaşlı kişini avtomobil vurub Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
13 Sentyabr , 2021 22:12
Kürdəmirdə yolu keçən 67 yaşlı kişini avtomobil vurub

Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Babək prospektində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobilin sürücüsü yolu keçmək istəyən Kürdəmir rayon sakini, 1954-cü il təvəllüdlü Şirəliyev Sərdar Eybalı oğlunu vurub.

Yaralı dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi