Kürdəmirdə zəncirvari yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB

Kürdəmirdə zəncirvari yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB Kürdəmir rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnə zəncirvari yol qəzası olub.
Hadisə
23 May , 2023 13:39
Kürdəmirdə zəncirvari yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB

Kürdəmirdə baş verən qəzada xəsarət alanların kimliyi bəlli olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bunlar rayonun Pirli kənd sakinləri - 1966-cı il təvəllüdlü Əhmədov Sənan Hökməli oğlu, 1965-ci ildə anadan olmuş Zeynalov Mübariz Abdulla oğlu və Bakı sakini 1986-cı il təvəllüdlü Abdullayev Rəşad Novruz oğludur.

Onlar xəstəxanaya yerləşdiriliblər. 

12:36

Kürdəmir rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil "Volksvagen" markalı avtomobilə çırpılıb.

"Volksvagen" isə zərbənin təsirindən içərisi yüklə dolu olan "Mercedes" markalı mikroavtobusa çırpılıb.

Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarət alıblar.

Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi