Kürün Yevlaxdan keçən hissəsində meyit tapılıb

Kürün Yevlaxdan keçən hissəsində meyit tapılıb Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində suyun üzərində 1 nəfər kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.
Hadisə
18 İyul , 2024 20:11
Kürün Yevlaxdan keçən hissəsində meyit tapılıb

Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində suyun üzərində kişi meyiti tapılıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi