Laçın rayon sakinində silah aşkarlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini A.Sadıqova məxsus müvafiq sənədləri olmayan “İJ”markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.