Laçında fəhlənin minaya düşərək ölməsi ilə bağlı cinayət işi başlanılıb

Laçında fəhlənin minaya düşərək ölməsi ilə bağlı cinayət işi başlanılıb Laçında fəhlənin minaya düşərək ölməsi ilə bağlı cinayət işi başlanılıb.
Hadisə
30 Aprel , 2022 11:33
Laçında fəhlənin minaya düşərək ölməsi ilə bağlı cinayət işi başlanılıb

Laçında fəhlə - 1992-ci il təvəllüdlü Pərvin Salahovun minaya düşərək ölməsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, qurumun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, istintaqı aparılır.

Xatırladaq ki, P.Salahov aprelin 29-da Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Daha sonra Bakıda yerləşən xəstəxanaların birinə yerləşdirilən fəhlə orada ölüb.

Son xəbərlər

Orphus sistemi