Lənkəran rayonunda baş verən ağır yol qəzasında bir neçə nəfər yaralanıb.
“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib.
Belə ki, "Azsamand" və "Volkswagen" markalı avtomobillər toqquşması nəticəsində dörd nəfər - Masallı rayon Gəyəçöl kənd sakinləri Məmmədəli Bahadır oğlu Nəsirov (2003-cü il), Aslan Məhərrəm oğlu Abdullayev (1984), Elton İdrak oğlu Nəsirov (1995) və Lənkəran şəhər sakini Emin Əlişan oğlu Şükürov (1982) xəsarət alıb.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.