Lənkəranda avtomobilin vurduğu 14 yaşlı qız xəstəxanada ölüb - YENİLƏNİB

Lənkəranda avtomobilin vurduğu 14 yaşlı qız xəstəxanada ölüb - YENİLƏNİB Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
30 May , 2023 18:11
Lənkəranda avtomobilin vurduğu 14 yaşlı qız xəstəxanada ölüb - YENİLƏNİB

Lənkəranda avtomobilin vurduğu 14 yaşlı qız xəstəxanada ölüb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə mayın 30-da günorta saatlarında rayonun Səpnəkəran kəndi ərazisində baş verib.

Avtomobil Səpnəkəran kənd sakini, 2009-cu il təvəllüdlü Rəvayət Füzuli qızı Fərəcovanı vuraraq ona ağır bədən xəsarətləri yetirib.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

16:52

Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonunun Səpnəkəran kəndi ərazisində qeydə alınıb.

Lerik rayonunun Rvarud kənd sakini 1974 - cü il təvəllüdlü Ehram Firudin oğlu Muradov idarə etdiyi "Niva" markalı avtomobillə yolu keçən 2009-cu il təvəllüdlü Səpnəkəran kənd sakini Rəvayət Füzuli qızı Fərəcovanı vurub.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsində zəruri tibbi yardım göstərilərək özəl klinikanın birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi