Lənkəranda piyadanı vuraraq öldürən avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb

Lənkəranda piyadanı vuraraq öldürən avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb Lənkəranın Vilvan kəndində avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə
6 İyun , 2023 23:39
Lənkəranda piyadanı vuraraq öldürən avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb

Lənkəranın Vilvan kəndində avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un cənub bürosunun məlumata görə, kimliyi hələ məlum olmayan sürücü idarə etdiyi nəqliyyat vasitəsilə kənd sakini, piyada, 1967-ci il təvəllüdlü Hüseyn Yəhya oğlu Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, hadisəni törədən sürücü yaralını ərazidə köməksiz vəziyyətdə qoyaraq qəza yerindən uzaqlaşıb. Hazırda onun kimliyinin müəyyənləşdirilməsi istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri görülür.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi