Lənkəranda yol qəzasında yaralanan məktəb direktoru vəfat edib

Lənkəranda yol qəzasında yaralanan məktəb direktoru vəfat edib Lənkəranda avtomobil turist avtobusuna çırpılıb, xəsarət alanlar var.
Hadisə
28 May , 2023 16:22
Lənkəranda yol qəzasında yaralanan məktəb direktoru vəfat edib

Lənkəranda avtomobil qəzasında xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralı vəfat edib.

"Report"un cənub bürosunun məlumata görə, mərhum R.Məmmədov Liman şəhər 2 saylı tam orta məktəbin direktoru olub.

Qəzada xəsarət alan iki yaralı isə Lənkəran Dövlət Universitetinin müəllimləridir. Onların müalicəsi davam etdirilir.

15:49

Lənkəranda avtomobil turist avtobusuna çırpılıb, xəsarət alanlar var.

"Report"un cənub bürosunun məlumata görə, hadisə rayonunun Xanbulan yolu adlandırılan Hirkan - Daşdatük - Biləsər yolunda baş verib. Belə ki, Ramiz Məmmədovun idarə etdiyi "Nissan Tida" markalı minik avtomobili turistlərin olduğu avtobusla toqquşub.

Nəticədə "Nissan Tida"nın sürücüsü R.Məmmədov və avtomobildə olan sərnişinlər Tahir Zülfüqarov və Şakir Həbibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Turist avtobusunda olanlardan xəsarət alan olmayıb. Yaralılar Təcili Tibbi Yardımın köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti ağır olduğundan sürücü R.Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Ramiz Məmmədov Lənkəran rayonunun Liman şəhər 2 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışır. Şakir Həbibov rayonda tanınmış riyaziyyat müəllimi, Tahir Zülfüqarov isə uzun illər Lənkəran Şəhər İcra Hakimiyyətində məsul vəzifələrdə çalışıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi