Lənkəranda iki nəfərin 42 min manatını ələ keçirməkdə təqsirləndirilən şəxs həbs edilib

Lənkəranda iki nəfərin 42 min manatını ələ keçirməkdə təqsirləndirilən şəxs həbs edilib Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakini olan 2 nəfərə qarşı dələduzluq edən 31 yaşlı Emin Babazadə saxlanılıb.
Hadisə
4 Noyabr , 2024 10:50
Lənkəranda iki nəfərin 42 min manatını ələ keçirməkdə təqsirləndirilən şəxs həbs edilib
Emin Babazadə

Polis əməkdaşları Lənkəranda iki nəfərin 42 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakini olan iki nəfərə qarşı dələduzluq edən 31 yaşlı Emin Babazadə saxlanılıb:

"O, zərərçəkənlərə qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğunu bildirib. Həmin şəxslərə yüksək məbləğlər verəcəyi barədə yalan vədlər verməklə zərərçəkənlərin ümumilikdə 42 min manatını ələ keçirib. Faktlarla bağlı cinayət işi başlanılıb, E.Babazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".

Son xəbərlər

Orphus sistemi