Lənkəranda piyadanın vurulması zəncirvari qəzaya səbəb olub.
''Report''un Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonunun Şilavar kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil piyada Gülnaz Fərman qızı Cahangirovanı vurub. Daha sonra "NİVA" markalı minik avtomobili, "VAZ-2106" markalı minik avtomobil, "Mitsubishi Pajero" markalı minik avtomobili və "Ford Transit" markalı yük avtomobilləri toqquşub.
Zəncirvari qəza zamanı xəsarət alan piyada və sürücülərdən biri - Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Cavid Mircavad oğlu Kazımov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.