Lənkəranda avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, bu, 1999-cu il təvəllüdlü Əsədullayev Ziyad Eldəniz ogludur.
Qeyd edək ki, hadisə Lənkəran-Boradigah avtomobil yolunda baş verib.
“Ford” markalı, 99 LJ 419 dövlət qeydiyyat yük avtomobil yolu keçən gənci vurub. Z.Əsədullayev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Lənkəran-Boradigah avtomobil yolunda baş verib.
Bakı şəhər sakininin idarə etdiyi “Ford” markalı 99 LJ 419 dövlət qeydiyyat yük avtomobil yolu keçən gənc oğlanı (şəxsiyyəti dəqiqləşdirilir-red) vurub. Yaralı hadisə yerində ölüb.
İlkin məlumata görə, avtomobilin vurduğu şəxs Lerik rayon sakinidir, restoranların birində ofisiant işlədiyi üçün Lənkəranda kirayədə qalırmış. Hadisə onun iş yerinin yaxınlığında baş verib.
Faktla bağlı araşdırma aparılır.