Lerikdə "Aşura" mərasimi keçirmək istəyənlər saxlanıldı

Lerikdə "Aşura" mərasimi keçirmək istəyənlər saxlanıldı Lerik rayonunun Cəngəmiran kəndi ərazisində bir qrup şəxsin “Aşura” mərasimini keçirmək üçün məscidin qarşısına toplaşmaq istədikləri müəyyən olunub.
Hadisə
30 Avqust , 2020 17:36
Lerikdə Aşura mərasimi keçirmək istəyənlər saxlanıldı

Lerik rayonunun Cəngəmiran kəndi ərazisində bir qrup şəxsin “Aşura” mərasimini keçirmək üçün məscidin qarşısına toplaşmaq istədikləri müəyyən olunub.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq Lerik Rayon Polis şöbəsinə gətiriliblər.

Polis şöbəsində onlarla izahedici söhbətlər aparılıb.

Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq cərimə olunublar.

1 nəfər barəsində isə toplanmış materiallara baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi