Dövlət orqanları Lerikdəki torpaq sürüşməsinin digər evlər üçün təhlükəsini araşdırır

Dövlət orqanları Lerikdəki torpaq sürüşməsinin digər evlər üçün təhlükəsini araşdırır Lerik rayonunda baş verən torpaq sürüşməsinin digər evlər üçün təhlükəsi öyrəniləcək.
Hadisə
31 Mart , 2022 00:44
Dövlət orqanları Lerikdəki torpaq sürüşməsinin digər evlər üçün təhlükəsini araşdırır

Lerik rayonunda baş verən torpaq sürüşməsinin digər evlər üçün təhlükəsi öyrəniləcək.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, torpaq sürüşməsinin baş verdiyi Lərmərüd kəndində əraziyə yaxın daha 5 ev var.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, fövqəladə hallar üzrə komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, FHN və ETSN-nin mütəxəssisləri rayona dəvət olunub. Əraziyə baxış keçirilib, lazımi prosedurlar həyata keçiriləndən sonra təbii hadisənin ətrafdakı evlər üçün nə dərəcədə təhlükənin olub-olmadığı müəyyən ediləcək.

“Hadisə baş verən ərazi - Lərmərüd kəndi rayon mərkəzindən 25 km aralıda yerləşir. Kənddə 50-60 il əvvəl də iri miqyaslı torpaq sürüşməsi baş verib. Dünən baş verən hadisə zamanı 1959-cu il təvəllüdlü Nəbulla Məmmədhüseyn oğlu Baxşıyevə məxsus təsərrüfat bütünlüklə bir neçə metr qalınlıqda torpaq qatı altında qalıb. Belə ki, 1975-ci ildə tikilən bir mərtəbəli, üç otaq və aynabənddən ibarət yaşayış evindən yalnız dam örtüyünün qalıqlarını görmək olur. Hadisə zamanı həmçinin içərisində 8 baş iribuynuzlu mal-qara olan tövlə, yardımçı tikililər də torpağın altında qalıb. Buna qalın torpaq qatının yağıntı nəticəsində yamacboyu aşağı doğru sürüşməsi səbəb olub”, - H.Məlikov deyib.

Son xəbərlər

Orphus sistemi