Lerik rayonunda qətlə yetirilən Fərziyeva Zəkifə Feyruz qızının üç övladından birinin Vətən müharibəsində iştirak etdiyinə dair məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə "Report"a hüquq-mühafizə orqanları əməkdaşları bildirib.
Bildirilib ki, mərhum qadının övladlarından heç biri Vətən müharibəsi zamanı heç bir əməliyyatda iştirak etməyib: "Zəkifə Fərziyevanın oğlanlarından biri E.Fərziyev 2020-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb və hazırda Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə xidmətini davam etdirir".