Lerikdə sürücünün ehtiyatsızlığı ölümlə nəticələnib - YENİLƏNİB

Lerikdə sürücünün ehtiyatsızlığı ölümlə nəticələnib - YENİLƏNİB Lerikdə sürücünün ehtiyatsızlığı ölümlə nəticələnib.
Hadisə
10 Yanvar , 2023 22:52
Lerikdə sürücünün ehtiyatsızlığı ölümlə nəticələnib - YENİLƏNİB

Yanvarın 10-da saat 12 radələrində Lənkəran rayonunun Digah kənd sakini A.Bağırov idarə etdiyi "Hyundai" markalı yük avtomobilini Lerik rayonu ərazisində Piran-Hamarat yolunda geriyə hərəkət etdirərkən Piran kənd sakini Əliməmməd Məmmədovu vurub.

Bu barədə "Report"a DİN-in Mətbuat xidmətinin Lənkəran regnional qrupundan bildirilib.

Ə.Məmmədov aldığı xəsarətlərdən yerləşdirildiyi Lənkəran Mərkəzi Rayon Xəstəxanasında ölüb.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.

22:17

Lerikdə sürücünün ehtiyatsızlığı ölümlə nəticələnib.

''Report''un Cənub bürosu xəbər verir ki, bədbəxt hadisə bu gün günorta saatlarında baş verib.

Belə ki, yük avtomobili arxa istiqamətdə hərəkət edən zaman rayonun Piran kənd sakini 1959-cu il təvəllüdlü Əliməmməd Ayaz oğlu Məmmədova toxunaraq onu yerə yıxıb və piyada yük avtomobilinin təkəri altına düşüb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq yaralı bir qədər əvvəl xəstəxanada ölüb.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır

Son xəbərlər

Orphus sistemi