Leysan yağışları Mingəçevir və Yevlaxda fəsadlar yaradıb

Leysan yağışları Mingəçevir və Yevlaxda fəsadlar yaradıb Küləklə müşahidə olunan leysan yağışları Mingəçevir şəhərində və Yevlax rayonunda bəzi fəsadlar törədib.
Hadisə
12 İyun , 2024 03:38
Leysan yağışları Mingəçevir və Yevlaxda fəsadlar yaradıb

Küləklə müşahidə olunan leysan yağışları Mingəçevir şəhərində və Yevlax rayonunda bəzi fəsadlar törədib.

"Report"un Qərb bürosunun məlumatına görə, Mingəçevir şəhərində və Yevlax rayonunda küləklə müşahidə olunan leysan yağışlar yağıb.

Bir neçə obyekti, həyətləri su basıb. Mingəçevir şəhərində və Yevlaxda bir çox küçələrə yağış suları dolub, hərəkətdə qismən çətinlik yaranıb.

Qeyd edək ki, bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Son xəbərlər

Orphus sistemi