Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına liseyin 9-cu sinif şagirdi Nuray Əmirli vəfat edib.
Bu barədə "Report"un Muğan bürosuna liseydən məlumat verilib.
"Dərin hüzn və kədər hissi ilə bildiririk ki, əziz şagirdimiz Nuray Zəka qızı Əmirli xəstəlik səbəbindən dünyasını dəyişib. O, kompleksin 9-cu sinif şagirdi idi. Şagirdimizə Allahdan rəhmət, ailəsinə səbir diləyirik", - məlumatda bildirilib.