Mağaza və ayaqqabı sexi yanıb

Mağaza və ayaqqabı sexi yanıb Bakıda ərzaq mağazası və ayaqqabı istehsalı sexində yanğın olub
Hadisə
12 Mart , 2021 09:37
Mağaza və ayaqqabı sexi yanıb

Bakıda ərzaq mağazası və ayaqqabı istehsalı sexində yanğın olub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 40 m² olan ərzaq mağazasının lambirindən ibarət tavanı və içərisindəki mallar, 1 ədəd kondisioner, 1 ədəd soyuducu qismən yanıb. Mağazanın qalan hissəsi və yaxınlıqdakı digər mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Bakının Xəzər rayonunda ümumi sahəsi 40 m² olan ayaqqabı istehsalı sexinin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki mallar 15 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi