Masallı sakini qayçı ilə qaynına xəsarət yetirib

Masallı sakini qayçı ilə qaynına xəsarət yetirib Masallıda qohumlar arasında xəsarətlə bitən dava olub
Hadisə
5 Mart , 2021 06:39
Masallı sakini qayçı ilə qaynına xəsarət yetirib

Masallıda qohumlar arasında xəsarətlə bitən dava olub.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə ötən gecə Masallı şəhərində baş verib.

Nəriman Nərimanov küçəsi ev 76 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Ramiq Babayev Təcili Yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ çiynin ön nahiyəsinin deşilmiş yarası diaqnozu qoyulub. Yaralının dediyinə görə, o, münaqişə zəminində yeznəsi Vüsal (soyadı dəqiqləşdirilir -red) tərəfindən vurulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi