Masallı rayonunda bədbəxt hadisə baş verib.
"Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, elektrik cərəyanı 1993-cü il təvəllüdlü İsgəndərova Esmira Zamir qızını vurub. Yaralı təcili yardımın köməyi ilə əvvəlcə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, sonra isə Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozlaŕı qoyulub.