Masallı sakini naməlum şəraitdə xəsarət alıb

Masallı sakini naməlum şəraitdə xəsarət alıb Masallı sakini, 1975-ci il təvəllüdlü Zaur Yədulla oğlu Abdullayev qolundan ağır xəsarət alıb.
Hadisə
29 May , 2021 04:48
Masallı sakini naməlum şəraitdə xəsarət alıb

Masallı sakini, 1975-ci il təvəllüdlü Zaur Yədulla oğlu Abdullayev qolundan ağır xəsarət alıb.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə Viləş kəndində baş verib.

Z.Abdullayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunaraq cərrahiyə şöbəsinə yerləşdirilib. Ailə üzvlərinin dediyinə görə, Zaur Abdullayev yaşadığı evdə mübahisə zəminində əsəbiləşərək, şüşəli çərçivəyə yumruqla zərbə endirib. Nəticədə qol nahiyəsindən dərin kəsik yarası alıb. Bununla belə, onun xəsarətinin bıçaq yarası olması da istisna edilmir.

Hadisənin hansı şəraitdə və necə baş verməsinin təfərrüatı polis araşdırmasından sonra məlum olacaq.

Son xəbərlər

Orphus sistemi