Masallı rayonunda 30 yaşlı qadın əri tərəfindən bıçaqlanıb.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Xıl kəndində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Elza Cəfər qızı Ağayeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bədəninin müxtəlif yerlərindən 15-dən çox kəsilmiş-deşilmiş yaralar alan E.Ağayeva əməliyyata alınıb, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin ailə münaqişəsi zəminində qadının həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ariz Ceyhun oğlu Ağayev tərəfindən törədildiyi və polis tərəfindən saxlanıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.