Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıb.
DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini H.Həmidov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı 13 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Aparılan araşdırmalarla H.Həmidovun narkotik vasitəni əldə etdiyi şəxsin Cəlilabad rayon sakini X.Rzayev olduğu müəyyən edilib və o, Masallı rayonu ərazisində saxlanılıb. Sonuncunun üzərinə keçirilən baxış zamanı ondan 10 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.