Masallı rayonunda oğurluq olub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da rayon ərazisindəki evlərin birindən 20 000 manat pul oğurlamaqda şübhəli bilinən Ərkivan qəsəbə sakini L.Səmədova saxlanılıb.