Masallı rayonunda güllələnmə hadisəsi baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Masallı Rayon Polis Şöbəsinə noyabrın 17-də saat 23 radələrində Babaser kəndi ərazisində qanunsuz ov edən kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Nərimanzadənin ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə həmkəndlisi A.Dadaşovun qarın nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən Ə.Nərimanzadədən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.