Masallıda qanunsuz ovla məşğul olanlar məsuliyyətə cəlb edildi

Masallıda qanunsuz ovla məşğul olanlar məsuliyyətə cəlb edildi İnzibati protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib
Hadisə
20 Fevral , 2021 09:12
Masallıda qanunsuz ovla məşğul olanlar məsuliyyətə cəlb edildi

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə növbəti tədbir keçirib.

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, tədbirlər nəticəsində rayonun Təzəkənd kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Astara rayonunun Pensər kənd sakinləri X.Əliyev, R.Şükürov və V.Ağayev saxlanılıblar.

Onlardan qanunsuz olaraq ovladıqları 15 ədəd çöl quşu, R.Şükürovdan isə müvafiq sənədləri olmayan 1 ədəd “Tulka” markalı ov tüfəngi aşkarlanıb.

Hər üçü barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi