Masallıda yas mərasimi təşkil edən şəxslər cərimələnib

Masallıda yas mərasimi təşkil edən şəxslər cərimələnib Mərasimin keçirilməsinin qarşısı alınıb
Hadisə
17 Aprel , 2021 11:06
Masallıda yas mərasimi təşkil edən şəxslər cərimələnib

Masallı Rayon Polis Şöbəsinə rayonun Köhnə Alvadı kəndində yas mərasiminin təşkil edilməsi barədə məlumat daxil olub.

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib, karantin rejiminin qaydaları və tələbləri bir daha orada olan şəxslərin diqqətinə çatdırılıb. Mərasimin keçirilməsinin qarşısı alınıb.

Yas mərasimini təşkil edən və orada olan ümumilikdə 7 nəfər barəsində karantin rejiminin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış material baxılmasından ötrü Masallı Rayon Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi