Masallı rayonunda meşədə yanğının qəsdən törədilməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.
"Report”un Cənub bürosunun əldə etdiyi məlumata görə, yanğının qəsdən törədilməsinə dair əsaslı şübhələr var və bu barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb.
Qeyd edək ki, Masallı rayonunun Qəriblər meşəbəyliyinin 4-5-ci dolaylarında baş verən yanğın tam söndürülüb. Yanğının söndürülməsində Fövqəladə hallar Nazirliyinin (FHN) Xüsusi Rislki Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunları, Masallı rayon dövlət yanğından mühafizə hissəsinin şəxsi heyəti və iki helikopter iştirak edib.