Masazırda yanğın olub - YENİLƏNİB

Masazırda yanğın olub - YENİLƏNİB Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub
Hadisə
3 İyun , 2024 18:40
Masazırda yanğın olub - YENİLƏNİB

Abşeron rayonu, Masazır qəsəbəsi ərazsində fərdi yaşayış evində baş verən yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

16:57

Abşeron rayonunun Masazır qəsəbəsində ev yanır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi