Məhkəmə-Hüquq Şurasından “Qaynar xətt” açıqlaması

Məhkəmə-Hüquq Şurasından “Qaynar xətt” açıqlaması “Qaynar xətt”ə daxil olan müraciətlər dinlənilir və vətəndaşlara müvafiq izahatlar verilir.
Hadisə
12 Avqust , 2020 12:10
Məhkəmə-Hüquq Şurasından “Qaynar xətt” açıqlaması

“Məhkəmə-Hüquq Şurasının “qaynar xətt”inin əsas fəaliyyət istiqaməti hakimlərdən məhkəmə fəaliyyətinə müdaxilə halları ilə bağlı məlumatların qəbul edilməsi və operativ tədbirlərin görülməsi olsa da, bura daha çox vətəndaşlar müraciət edir”.

“Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin onlayn ictimai müzakirəsi zamanı Məhkəmə Hüquq Şurasının sektor müdiri Seyfəlpaşa Əliyev deyib.

Onun sözlərinə görə, “qaynar xətt”ə daxil olan müraciətlər dinlənilir və vətəndaşlara müvafiq izahatlar verilir:

“Həmçinin müraciətlərlə bağlı müvafiq araşdırmalar aparılır və tədbirlər görülür”.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanında hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün Məhkəmə-Hüquq Şurasında qaynar xəttin yaradılması məsələsi qoyulub.

Bununla əlaqədar qeyd edilən məsələlər üzrə Şuraya birbaşa və maneəsiz müraciət etmək imkanlarının yaradılması məqsədilə zəruri avadanlıqla təchiz edilmiş "Qaynar xətt" əlaqə mərkəzi yaradılıb. 
 

Son xəbərlər

Orphus sistemi