Məhkəmələrin 95 faiz qərarları dəyişdirilmədən saxlanılıb

Məhkəmələrin 95 faiz qərarları dəyişdirilmədən saxlanılıb Həmin işlərdən apellyasiya şikayəti verilməyib
Hadisə
1 Mart , 2021 15:38
Məhkəmələrin 95 faiz qərarları dəyişdirilmədən saxlanılıb

Ötən il birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının, demək olar ki, 80 %-i ilə tərəflər razılaşıb.

Bu barədə “Report”a Məhkəmə Hüquq Şurasından məlumat verilib.

Bildirilib ki, həmin işlərdən apellyasiya şikayəti verilməyib.

Ümumiyyətlə, birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 95 %-i, hökmlərin isə 91,3 %-i dəyişdirilməyərək sabit qalıb.

Qeyd olunub ki, son illər həyata keçirilən qanunvericilik və institusional tədbirlər məhkəmələrin mülki sahədə iş yükünün xeyli azalmasına təsir edib. Bu isə işlərə daha çevik və keyfiyyətlə baxılmasını şərtləndirir.

Son xəbərlər

Orphus sistemi