Məişət zorakılığı cinayətlərində ölüm halları artıb: 41 nəfəri qadındır

Məişət zorakılığı cinayətlərində ölüm halları artıb: 41 nəfəri qadındır Ötən il Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində 1300 nəfər zərər çəkib
Hadisə
18 Fevral , 2021 14:32
Məişət zorakılığı cinayətlərində ölüm halları artıb: 41 nəfəri qadındır

Ötən il Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində 1 300 nəfər zərər çəkib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu, əvvəlki ilin göstəricisinə nisbətən 4,3 faiz azdır. Zərərçəkmişlərin 75,9 faizini qadınlar, 1,2 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edib.

Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 34,1 faiz artaraq 59 nəfər olub. Onlardan 41-i qadındır.

Son xəbərlər

Orphus sistemi