Milli Qəhrəman Mübariz İbrahimovun atası dəfn edilib - YENİLƏNİB 

Milli Qəhrəman Mübariz İbrahimovun atası dəfn edilib - YENİLƏNİB  Milli Qəhrəman Mübariz ibrahimovun atası Ağakərim İbrahimov vəfat edib.
Hadisə
16 Oktyabr , 2024 15:04
Milli Qəhrəman Mübariz İbrahimovun atası dəfn edilib - YENİLƏNİB 

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov dəfn olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, mərhum Biləsuvar rayonu Əliabad kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində ailə üzvləri, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, o, bu gün infarkt keçirib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq, A.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb. 68 yaşlı A.İbrahimov 5 il bundan öncə açıq ürək əməliyyatı keçirmişdi.

12:12

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib.

"Report"un Muğan bürosunun məlumatına görə, o, bu gün infarkt keçirib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq, A.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi