Mingəçevirdə güclü yağış fəsadlar törədib

Mingəçevirdə güclü yağış fəsadlar törədib Axşam saatlarında Mingəçevirə yağan qısamüddətli yağış şəhərdə ciddi sel axınına səbəb olub.
Hadisə
7 Aprel , 2023 00:21
Mingəçevirdə güclü yağış fəsadlar törədib

Axşam saatlarında Mingəçevirə yağan qısamüddətli yağış şəhərdə ciddi sel axınına səbəb olub.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, sel suları şəhərin bütün küçə və prospektlərində müşahidə edilib.

Şəhərin əsas mərkəzi prospektində avtomobillərin hərəkətində çətinlik yaranıb. Qısamüddətli yağışdan sonra şəhərin elektrik təchizatında da fasilə yaranıb.

Son xəbərlər

Orphus sistemi