Mingəçevirdə yeni doğulan körpə ölüb - YENİLƏNİB

Mingəçevirdə yeni doğulan körpə ölüb - YENİLƏNİB Mingəçevir şəhərində yeni doğulan körpə dünyasını dəyişib.
Hadisə
11 Avqust , 2024 22:16
Mingəçevirdə yeni doğulan körpə ölüb - YENİLƏNİB

Mingəçevir şəhərində yeni doğulan körpə dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, Kəlbəcər rayon sakini, Ş.Abdullazadə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib.

Qadının dünyaya gətirdiyi oğlan uşağı ölüb. Ananın vəziyyəti isə orta-ağır qiymətləndirilir. Bu, onun ilk doğuşu olub.

Yaxınları ananın və körpənin doğuşdan öncə səhhətlərində hər hansı problemin olmadığını bildiriblər.

Xəstəxanadan isə çəkisi 3 kilo 700 qram, boyu 52 santimetr olan kişi cinsli körpənin ölü doğulduğu bildirilir.

"Körpənin ölüm səbəbi hələ məlum deyil, məsələ ilə bağlı araşdırma aparılır", - xəstəxanadan qeyd edilib.

09:59

Mingəçevir şəhərində yeni doğulan körpə dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, Mingəçevir Mərkəzi şəhər Xəstəxanasının doğum şöbəsində yeni doğulan körpə vəfat edib.

Körpənin anasının vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi