Mingəçevir şəhərində evdə baş verən partlayış nəticəsində xəsarət alanların sayı 3-ə çatıb.
"Report"un Qərb bürosunun məlumatına görə, bunlar 1966-cı il təvəllüdlü Qəmbərova Sevinc Mosul qızı, 1992-ci il təvəllüdlü Məmmədov İlkin Yaqub oğlu və 1997-ci il təvəllüdlü Ələkbərova Aynurə İlqar qızıdır.
Hadisə baş verən zaman ailə üzvlərinin üçü də evdə olub. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.