"Gəncədə ermənilərin törətdikləri mənə böyük təsir etdi".
"Report" xəbər verir ki, bunu Misirin MENA agentliyinin əməkdaşı Ahmed Bahaa Gəncədə jurnalistlərə açıqlamasında bildirib.
O, Gəncəyə səfəri çərçivəsində 44 günlük Vətən müharibəsi zamanı baş verən bir çox dağıntıların şahidi olduğunu da xatırladıb: "Bu dağıntılarda mülki vətəndaşlar həlak olub. Qadınlar və uşaqlar vəfat edib. Müharibələr zamanı həmişə qurbanlar olur. Amma bu qurbanlar qadın və uşaqlar olanda insana pis təsir edir. Əsas məqsədi əhalinin məskunlaşdığı yeri dağıtmaq və insanları qorxutmaq olub".