Naftalanda səhhətində yaranmış problemlə bağlı iynə vurduran şəxs anafilaktik şok nəticəsində dünyasını dəyişib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Naftalan şəhərində qeydə alınıb.
Naftalan sakini, 1986-cı il təvəllüdlü D.Qasımov səhhətində yaranmış problemlə bağlı yaşadığı evdə iynə vurdurub. Lakin o, anafilaktik şok keçirib və dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.