Naftalan şəhərindəki sanatoriyanın müştərisi qəflətən vəfat edib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, ölüm faktı Naftalan şəhər ərazisində yerləşən sanatoriyaların birində qeydə alınıb.
Ağsu rayon sakini, 1960-cı il təvəllüdlü R.Ağacanov qaldığı sanatoriyanın otağında qəflətən dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və meyit tibbi ekspertizaya aparılıb.
Araşdırımadan sonra R.Ağacanovun infarktdan öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.