Naxçıvanda məktəbin çökməsi nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb - RƏSMİ

Naxçıvanda məktəbin çökməsi nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb - RƏSMİ “Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə 2022-ci il martın 1-dən etibarən yenidənqurma işləri həyata keçirilir. 2022 - ci il 31 mart tarxində Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə tikinti
Hadisə
31 Mart , 2022 15:39
 Naxçıvanda məktəbin çökməsi nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb - RƏSMİ

Naxçıvanın Babək rayonunun Nehrəm qəsəbəsində məktəb binasının çökməsi nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

Bu barədə "Report"a Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə 2022-ci il martın 1-dən etibarən yenidənqurma işləri həyata keçirilir: "2022 - ci il 31 mart tarxində Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə tikinti işləri aparılarkən binanın bir divarının çökməsi nəticəsində 3 tikinti işçisi həlak olub, bir nəfər isə xəsarət alıb. Aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri barədə araşdırma aparılır”.

Son xəbərlər

Orphus sistemi