Naxçıvanda 14 tona yaxın yabanı çətənə bitkisi məhv edilib

Naxçıvanda 14 tona yaxın yabanı çətənə bitkisi məhv edilib Naxçıvanda 14 tona yaxın yabanı halda bitən çətənə bitkisi məhv edilib.
Hadisə
11 İyun , 2024 18:13
Naxçıvanda 14 tona yaxın yabanı çətənə bitkisi məhv edilib

Naxçıvanda 14 tona yaxın yabanı halda bitən çətənə bitkisi məhv edilib.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"un yerli bürosuna verilən məlumata görə, Naxçıvan polisinin keçirdiyi “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Ümumi çəkisi 14 tona yaxın olan 522 447 ədəd çətənə kolu yandırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi