Naxçıvanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Naxçıvanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb Naxçıvanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Hadisə
4 Noyabr , 2024 14:53
Naxçıvanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Naxçıvan şəhərində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə ötən gecə şəhərin Babək məhəlləsində qeydə alınıb.

Məlumata görə, Əzimov Nurəddin Əli oğlunun idarə etdiyi 67-BB-955 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil yolu keçən 1955-ci il təvəllüdlü Həşimova Fatma Kazım qızını vurub.

Xəsarət alan F.Həşimova Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi