Naxçıvanda təcridxanaya salınan şəxsin əşyalarında narkotik maddə aşkarlanıb

Naxçıvanda təcridxanaya salınan şəxsin əşyalarında narkotik maddə aşkarlanıb Naxçıvanda təcridxanaya salınan şəxsin əşyalarında narkotik maddə aşkarlanıb.
Hadisə
12 İyun , 2024 14:43
Naxçıvanda təcridxanaya salınan şəxsin əşyalarında narkotik maddə aşkarlanıb

Naxçıvanda təcridxanaya salınan şəxsin əşyalarında narkotik maddə aşkarlanıb.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nurlan Rasim oğlu Əliyev həbs olunaraq istintaq təcridxanasına qəbul edilən zaman onun üzərində tam axtarış, eləcə də ona məxsus əşyalara baxış keçirilib. Axtarış aparılarkən özünə məxsus əl çantasının içərisində olan şalvarın arxa cibində şəffaf selefona bükülü, ağ rəngdə toz halında təmiz çəkisi 0,052 qram psixotrop maddə metamfetamin aşkar olunub.

Son xəbərlər

Orphus sistemi