Naxçıvanda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan üç şəxs cərimələnib

Naxçıvanda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan üç şəxs cərimələnib Naxçıvan polisi yetkinlik yaşına çatmayanlara alkoqollu içkilər və tütün məmulatları satanlara qarşı reyd keçirib, üç sahibkar cərimələnib.
Hadisə
12 Yanvar , 2024 19:29
Naxçıvanda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan üç şəxs cərimələnib

Naxçıvan polisi yetkinlik yaşına çatmayanlara alkoqollu içkilər və tütün məmulatları satanlara qarşı reyd keçirib, üç sahibkar cərimələnib.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, reyd zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə obyekt aşkar edilib. Faktlarla bağlı həmin obyektlərin sahibləri Məmiyev Nihad, Qasımov Ülvi və Bağırov Mənsum barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və onlara xəbərdarlıq edilib.

Son xəbərlər

Orphus sistemi