Naxçıvanda yol-nəqliyyat hadisəsində 3 nəfər yaralanıb

Naxçıvanda yol-nəqliyyat hadisəsində 3 nəfər yaralanıb Naxçıvan şəhərində üç nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2 Yanvar , 2024 20:19
Naxçıvanda yol-nəqliyyat hadisəsində 3 nəfər yaralanıb

Naxçıvan şəhərində üç nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, şəhərin mərkəzi küçəsində baş verən hadisədə iki avtomobil toqquşub.

Nəticədə Naxçıvan şəhər sakinləri 1947-ci il təvəllüdlü Süleymanova Tamara Süleyman qızı, 1972-ci il təvəllüdlü Əliyeva Leyla Qərib qızı və 1983-cü il təvəllüdlü Qurbanova Jale Qərib qızı xəsarət alıblar. Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilən zərərçəkənlərin vəziyyəti sabitdir.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Son xəbərlər

Orphus sistemi