Nazir: “Ədliyyə işçiləri “YAŞAT” və Qarabağ Dirçəliş fondlarına 4,5 milyon manatdan çox ianələr edib”

Nazir: “Ədliyyə işçiləri “YAŞAT” və Qarabağ Dirçəliş fondlarına 4,5 milyon manatdan çox ianələr edib” “Vətən müharibəsi günlərində ədliyyə işçiləri də səylərini əsirgəməyiblər. Hərbi vəziyyət elan olunduqdan dərhal sonra nazirlik gücləndirilmiş iş rejiminə keçmiş, fəaliyyətin digər hüquq-mühafizə orqanları və aidiyyəti təşkilatlarla sıx əlaqəndirilməsi, f
Hadisə
22 Noyabr , 2021 01:13
Nazir: “Ədliyyə işçiləri “YAŞAT” və Qarabağ Dirçəliş fondlarına 4,5 milyon manatdan çox ianələr edib”
Fikrət Məmmədov

“Vətən müharibəsi günlərində ədliyyə işçiləri də səylərini əsirgəməyiblər. Hərbi vəziyyət elan olunduqdan dərhal sonra nazirlik gücləndirilmiş iş rejiminə keçmiş, fəaliyyətin digər hüquq-mühafizə orqanları və aidiyyəti təşkilatlarla sıx əlaqəndirilməsi, fövqəladə hallar barədə operativ məlumatlandırmanın təşkili, penitensiar müəssisələrin, informasiya resurslarının təhlükəsiz fəaliyyəti və onların mühafizəsi üzrə təxirəsalınmaz tədbirlər görülüb”.

“Report” xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun AZƏRTAC-dakı məqaləsində yer alıb.

“Həmçinin nazirliyin tibb xidmətinin həkimləri döyüş bölgəsinə ezam edilib, ədliyyə və məhkəmə orqanlarının 100-dək əməkdaşı hərbi xidmətə, o cümlədən könüllü kimi yollanaraq, yüksək vətənpərvərlik nümunəsi göstəriblər. Döyüşlərdə iştirak edən əməkdaşlarımız arasında təəssüf ki, yaralanan və qəhrəmancasına şəhid olanlar da var. Nazirlik tərəfindən onların hər birinin və ailə üzvlərinin qayğıları ilə maraqlanılaraq hərtərəfli dəstək göstərilir.

Vətən müharibəsinə könüllü yollanaraq mərdlik və şücaət göstərib şəhid olmuş nazirliyin icra baş idarəsinin əməkdaşı Ruhin Xəlilovun xatirəsinə Ədliyyə Tarixi Muzeyində, əvvəllər işlədiyi yerli qurumlarda xüsusi guşələr yaradılıb, xidməti kabinetində muzey təşkil olunub. Şəhid ədliyyə işçisinin ailəsi və azyaşlı övladları qayğımızla əhatə olunub, onun həyat yoldaşı ədliyyə orqanlarına işə qəbul edilib”, - deyə nazir qeyd edib.

Müharibə dövründə nazirlik, həmçinin cəbhəboyu rayonların sakinləri üçün də yardımlar təşkil etmiş, onların qayğılarına xüsusi həssaslıqla yanaşılaraq videoformatda qəbullar keçirilib, qaldırılan məsələlərin dərhal həll edilməsi üzrə tədbirlər görülüb: “Ədliyyə işçiləri və hakimlər müharibənin ilk günlərindən ordumuza, yaralılarımıza və şəhid ailələrinin qayğılarına dəstək məqsədilə könüllü olaraq 4,5 milyon manatdan çox, o cümlədən peşə bayramı ərəfəsində “YAŞAT” və Qarabağ Dirçəliş fondlarına ianələr edib, yüzlərlə əməkdaş qanvermə aksiyalarında iştirak ediblər”.

Son xəbərlər

Orphus sistemi