Neftçalada 18 yaşlı gənc dəm qazından boğularaq ölüb

Neftçalada 18 yaşlı gənc dəm qazından boğularaq ölüb Neftçalada dəm qazından boğulma hadisəsi baş verib.
Hadisə
11 Fevral , 2024 22:47
Neftçalada 18 yaşlı gənc dəm qazından boğularaq ölüb

Neftçalada dəm qazından boğulma hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, olay şəhərin M. Hadi küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 2006-cı il təvəllüdlü İsmayılova Səbinə Ramin qızı hamamda yuyunarkən dəm qazından zəhərlənib.

O, yaxınları tərəfindən Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi