Neftçalada avtomobil ağaca çırpılıb, sürücü ölüb

Neftçalada avtomobil ağaca çırpılıb, sürücü ölüb Neftçalada bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
Hadisə
11 İyul , 2022 07:43
Neftçalada avtomobil ağaca çırpılıb, sürücü ölüb

Neftçalada bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaravəlli yaşayış məntəqəsində qeydə alınıb.

Belə ki, Dördlər kənd sakini, 2000-ci il təvəllüdlü Əsədov Sərxan Rövşən oğlu idarə etdiyi “Merсedes” markalı avtomobillə hərəkətdə olan zaman maşın idarəetmədən çıxıb və yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

S. Əsədov Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi